Ermənilər Ottavadakı Türkiyə səfirliyinin qarşısında aksiya keçiriblər

Ermənilər Ottavadakı Türkiyə səfirliyinin qarşısında aksiya keçiriblər
# 24 aprel 2013 23:48 (UTC +04:00)

Bakı-APA. Türkiyə Respublikasının Ottavadakı səfirliyinin binasının qarşısında Kanadada yaşayan erməni icmasının nümayəndələri tərəfindən qondarma “erməni soyqırımı günü” münasibətilə etiraz aksiyası keçirilib. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyini istinadən məlumat verir.

Hər il olduğu kimi ermənilər tərəfindən 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş “hadisələrin” Türkiyə Hökuməti tərəfindən soyqırım kimi tanınmasını tələb edən müxtəlif şüarlar səsləndirilib. Eyni zamanda ermənilərin bu ilki aksiyasına cavab olaraq, Kanada paytaxtında ilk dəfə bu ölkənin müxtəlif şəhərlərində yaşayan türk və Azərbaycan icmalarının üzvləri aksiyanın keçirildiyi vaxtda Türkiyə səfirliyinin qarşısında toplaşaraq erməni tərəfinin səsləndirdiyi şüarlara cavab bəyanatlar səsləndiriblər. Bəyanatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və işğal altında olan ərazilərin azad olunması tələb edilib. Həmçinin, aksiya zamanı gənclərimiz Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR