Kənd Təsərrüfatı Nazirliyi Saatlıda respublika müşavirəsi keçirib

Kənd Təsərrüfatı Nazirliyi Saatlıda respublika müşavirəsi keçirib
# 06 iyun 2015 11:04 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Kənd Təsərrüfatı Nazirliyi Saatlıda “2015-ci ildə taxıl biçini kompaniyası-mövcud ehtiyatlardan və mövsümdə kombaynlardan səmərəli istifadənin təşkili” mövzusunda respublika müşavirəsi keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazirliyin “Aqrolizinq” ASC tərəfindən təşkil olunan zona müşavirəsində nazirliyin rəhbər işçiləri, “Aqrolizinq” ASC-nin regional bölmələrinin rəhbərləri, regionların aqrar sektora məsul şəxsləri, fermer və sahibkarlar iştirak edib.

Nazir müavini Seyfəddin Talıbov çıxışında taxıl biçini kampaniyasının gedişatı barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, hazırda fermerlərə texnika 40 faiz güzəştlə verilir. Bu da dünya təcrübəsində çox az müşahidə edilir.

“Aqrolizinq” ASC-nin idarə heyətinin sədri Elşən Məmmədov “2015-ci ildə qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Daha sonra “Taxıl yığımı mövsümündə kombaynlardan səmərəli istifadənin işinin və ödənişlərin uçotunun təşkili” mövzusunda “Aqrolizinq” ASC-nin aqrotexniki xidmətlər və təchizatın təşkili şöbəsinin müdiri İsrafil İsmayılov çıxış edib. Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR