Azərbaycanda RSI indeksi kəskin azalıb

Azərbaycanda RSI indeksi kəskin azalıb
# 19 fevral 2013 10:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin yanvar ayı üzrə 69,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dekabr ayının indeksindən 77,1 faiz bəndi azdır.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin yanvarında ümumi pərakəndə dövriyyəsi 1 481,7 mln. manat, ötən ilin dekabrında isə 2 119,7 mln. manat təşkil edib.

İndeksin 100%-dən aşağı olması yanvarda pərakəndə ticarətin həcminin dekabrla müqayisədə azaldığını göstərir. Bu isə öz növbəsində yanvar ayında pərakəndə ticarətdə vəziyyətin pisləşməsi ilə əlaqədar deyil, dekabrda alış-verişin digər aylarla müqayisədə kəskin artımı ilə bağlıdır. Bu, hər ilin dekabr ayında müşahidə olunur və ilk növbədə alıcıların Yeni İl bayramı ilə bağlı kəskin fəallığı ilə əlaqələndirilə bilər.

Yanvarda vəziyyətin normal olduğunu daha bir sübut var. Belə ki, 2012-ci ilin ərzində orta aylıq pərakəndə ticarətin dövriyyəsi 1,463 mlrd. manata bərabər olub. Beləliklə, 2013-cü ilin yanvar göstəricisi orta aylıq göstəricidən hətta bir az yüksəkdir. Bundan əlavə, illik müqayisədə yanvarda pərakəndə ticarətin həcmi 9,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR