Bank Of Baku

Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
# 19 sentyabr 2026 01:30 (UTC +04:00)

Kanadanın Baş naziri Mark Karni 2026-cı ilin sonuna qədər Avropa İttifaqında assosiativ üzvlük haqqında razılaşmanın əsas çərçivəsini razılaşdırmaq istəyir.

Bu barədə Britaniyanın “The Economist” jurnalı Kanada hökumətinin yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Ottava və Brüssel yaxın aylarda maliyyə xidmətlərinin inteqrasiyası, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və gənclər üçün proqramların yaradılması istiqamətində çalışmaq niyyətindədir.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kanadaya Aİ-nin assosiativ üzvü statusunun verilməsi üzrə işə başlamağı təklif edib. Təşəbbüs bir sıra üzv ölkələrdə suallar doğurub, çünki Aİ müqavilələrində belə üzvlük forması nəzərdə tutulmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR