Paşha Bank
Bank Of Baku

SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb

SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
# 29 oktyabr 2026 12:53 (UTC +04:00)

Ötən sutka Hörmüz boğazından keçən 3 tanker minaya düşüb.

APA xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəmilər Hörmüz boğazının cənub hissəsindən keçərkən minaya düşüblər.

Tankerlərin bütün radar və naviqasiya sistemlərini söndürərək, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı qeyd olunub.

SEPAH-ın məlumatında Hörmüz boğazından keçməyə çalışan gəmilərə ABŞ-ın Mərkəzi Komandanlığına inanmalarına dair çağırış olunub, eyni zamanda, su yolunun cənub hissəsinin minalarla dolu olduğu ilə bağlı xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR