Bank Of Baku

KİV: ABŞ İraqdan çıxması ərəfəsində hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

KİV: ABŞ İraqdan çıxması ərəfəsində hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb
# 18 sentyabr 2026 06:26 (UTC +04:00)

ABŞ qüvvələri beynəlxalq koalisiya qoşunlarının İraqdan çıxarılması ərəfəsində İraq Kürdüstanında yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərini sökməyə və ərazidən çıxarmağa başlayıb.

Bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

ABŞ-nin İraqdan hərbi texnikasını, o cümlədən hava hücumundan müdafiə sistemlərini çıxarması barədə məlumatlar digər mənbələr tərəfindən də təsdiqlənib.

Mənbələrin məlumatına görə, ABŞ qüvvələri İraq Kürdüstanındakı mövqelərindən HHM sistemlərinin sökülməsi və daşınmasına, həmçinin ağır hərbi texnikanın bölgədən çıxarılmasına başlayıblar.

Bildirilib ki, beynəlxalq koalisiya hər gün İraq ərazisindən ən azı bir hərbi texnika karvanı çıxarır.

Beynəlxalq koalisiyanın İraqdakı missiyasının sentyabrın 30-da başa çatdırılması planlaşdırılır. ABŞ hərbçilərinin böyük hissəsi daha əvvəl İraqın federal ərazilərindəki bazaları tərk edib, qüvvələrin bir hissəsi isə İraq Kürdüstanında qalmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR