Çexiya parlamentində uydurma “erməni soyqırımı”nın tanınması məsələsi qaldırılacaq

Çexiya parlamentində uydurma “erməni soyqırımı”nın tanınması məsələsi qaldırılacaq
# 26 sentyabr 2014 08:03 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Çexiya parlamentinin üzvləri erməni soyqırımının tanınmasını müzakirə etməyə hazırdırlar”. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanovun rəhbərliyi altında Çexiya Respublikasında səfərdə olan qrup erməni millət vəkili ilə görüşdə Çexiya-Ermənistan dostluq qrupunun rəhbəri Robin Behniş deyib. O, yaxın gələcəkdə Çexiya parlamentində “erməni soyqırımı”nın tanınması məsələsinin qaldırılacağını bildirib. E. Şarmazanov isə çexiyalı parlamentarları uydurma “soyqırım”ın 100 illiyi ilə bağlı keçiriləcək konfransa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR