Paşha Bank
Bank Of Baku

Sumqayıtda Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Sumqayıtda Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
# 11 iyun 2019 14:58 (UTC +04:00)

Sumqayıt şəhərində Cəlilabad rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında şəhərin 1-ci mikrorayonunda Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Cəfərov Faiq Füzuli oğlunu qətlə yetirməkdə şübhəli bilinən Sahib Rasim oğlu Nadirov saxlanılıb.

O, Sumqayıt Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.

Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR