Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib - FOTO

Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib - <span style="color: red;">FOTO
# 06 fevral 2013 10:51 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib.

APA-nın məlumatına görə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bildirib ki, Azərbaycan prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə Gənclər Fondunun Əsasnaməsinə dəyişikliklər edilib, Fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilib.

Onun sözlərinə görə, Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edəcək. Gənclər təşkilatlarını təmsil edən dörd üzv həmin təşkilatların yığıncağında səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər sırasından seçiləcək və prezident tərəfindən təyin ediləcək.

Toplantıda o da bildirilib ki, Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaqda iştirak etmək üçün 121 gənclər təşkilatı nümayəndəsinin müraciət ərizəsi, Şura üzvlüyünə isə 18 nəfər birliyin nümayəndəsinin ərizəsi qeydə alınıb.

Hesablama komissiyası və katiblik formalaşdırıldıqdan sonra Müşahidə Şurasının üzvlüyünə namizədlər çıxış edib. Namizədlər çıxışlarında özləri haqda məlumat verərək, seçiləcəkləri təqdirdə fəaliyyət istiqamətləri haqda danışıblar.

Daha sonra Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaqda iştirak etmək üçün 121 gənclər təşkilatı nümayəndəsinin iştirakı ilə səsvermə keçirilib.

Seçkidə 8 namizəd - Aydın Əbilov (Yeni Yazarlar və Sənətçilər Qurumu), Seymur Orucov (Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi), Şahin İsmayılov (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı), Tural Hümbətov (Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi), Şahin Seyid-zadə (Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası), Nurəddin Mehdiyev (Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi), Zaur Seyidzadə (Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım İctimai Birliyi), Nərgiz Eyvazova (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı) seçilib.

Sonda T.Süleymanov qeyd edib ki, namizəd olan 8 nəfərin arasından 4-ü yaxın bir ay ərzində prezident tərəfindən Müşahidə Şurasının üzvü kimi təsdiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR