Qəbələdə Azərbaycanda mülki müdafiə sistemi ilə bağlı təqdimat keçirilib

Qəbələdə Azərbaycanda mülki müdafiə sistemi ilə bağlı təqdimat keçirilib
# 12 mart 2013 14:34 (UTC +04:00)

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, polkovnik Mirzə Əsgərov təqdimat edib.

Təqdimatda M. Əsgərov mülki müdafiə işinin təşkili, rəhbərlik, FHN tərəfindən işlərin planlaşdırılması və həyata keçirilməsindən danışıb. O, bu istiqamətdə dövlət başçısı və Nazirlər Kabineti tərəfindən bir sıra qanunvericilik aktlarının qəbul edildiyini deyib: «Fövqəladə hallar naziri tərəfindən hər il mülki müdafiə ilə bağlı illik tədbirlər planı tərtib olunur. Bu çərçivədə həm Mülki Müdafiə Qoşunları, həm də nazirliyin digər qurumları tərəfindən işlər aparılır».

Qeyd edək ki, konfransda Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudaybergenov, Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov, Latviyanın daxili işlər naziri Rihards Kozlovskis, Malinin daxili təhlükəsizlik və mülki müdafiə naziri Tiefinq Konate, Tacikistanın fövqəladə hallar və mülki müdafiə komitəsinin sədri Xayridin Abdurəhimov, Qazaxıstanın fövqəladə halılar naziri Vladimir Boşko, Belarusun fövqəladə hallar naziri Vladimir Vaşçenko, Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini Sergey Şilikov və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, konfrans Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilib. Konfransda 54 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan 155-dən artıq nümayəndə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR