Son səkkiz ildə özəlləşdirilən 65 dövlət müəssisəsinə 600 mln. manata yaxın investisiya qoyulub

Son səkkiz ildə özəlləşdirilən 65 dövlət müəssisəsinə 600 mln. manata yaxın investisiya qoyulub
# 19 avqust 2014 08:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin ilk yarısında 2 080-ə yaxın dövlət müəssisəsi və təşkilatı tərəfindən illik xüsusi hesabat forması elektron xidmət vasitəsilə təqdim edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumatına görə, I yarımillikdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinə dair 200-ə yaxın monitorinq keçirilib. 256 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 180-ə yaxını illik balans hesabatlarını təqdim ediblər. 243 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətindən əmlakın inventarizasiya aktları qəbul olunub.

Ümumilikdə, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirak üçün indiyədək 150-ə yaxın sifariş elektron şəkildə qəbul edilib, 300-ə yaxın əmlak elektron sifarişlər əsasında özəlləşdirilib.

2006-2014-cü illər ərzində 65 dövlət müəssisəsinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi təmin edilib. Qeyd olunan dövrdə investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə 600 mln. manata yaxın investisiya qoyulub. Belə müəssisələrdə 8500-dən çox iş yeri açılıb.

Bu il ərzində 400-ə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər özəlləşdirilib. 310-a yaxın qeyri-yaşayış sahəsi və 250-dən çox torpaq sahəsi icarəyə verilib. 300-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR