BBC-3 radiosunun əməkdaşları Azərbaycanda səfərdədir - FOTO

BBC-3 radiosunun əməkdaşları Azərbaycanda səfərdədir - <span style="color: red;">FOTO
# 02 aprel 2013 08:16 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. BBC-3 radiosunun üç əməkdaşı Lusi Duran, Ceyms Parken və Melani xanım Azərbaycana səfər ediblər.

APA-nın məlumatına görə, onlar Bakıya Londonun məşhur “Royal Albert Hall”da səslənəcək Azərbaycan musiqi layihəsinin hazırlıqları ilə əlaqədar gəliblər. Həmin səhnədə istedadlı xanəndə Qoçaq Əsgərov və onun londonlu tələbəsi Fidan Hacıyeva çıxış edəcəklər.


Konsert layihəsinin hazırlıqları çərçivəsində ustad dərslərinin təşkili nəzərdə tutulub. Qonaqlar aprel 9-na kimi Bakıda olacaqlar.

Xatırladaq ki, sözügedən konsert layihəsi “Royal Albert Hall”ın, BBC-3 radiosunun rəhbərliklərinin və UNESCO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın birgə təşəbbüsüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR