Kamran Əliyev: “Mətbuatda gedən məlumatlar qərəzli deyilsə, tərəfimizdən araşdırılır və müvafiq tədbirlər görülür”

Kamran Əliyev: “Mətbuatda gedən məlumatlar qərəzli deyilsə, tərəfimizdən araşdırılır və müvafiq tədbirlər görülür”
# 17 iyul 2014 09:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Mətbuatda gedən məlumatlar qərəzli deyilsə, tərəfimizdən araşdırılır və müvafiq tədbirlər görülür”.

APA-nın məlumatına görə, bunu 2014-cü ilin I yarısı ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K. Əliyev mətbuatda bəzi məmur övladlarının bahalı avtomobillərlə görüntülərin yayılması ilə bağlı sualı cavablandırarkən deyib ki, bu, etik məsələdir: “Prezident də çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Hesab edirəm ki, hər kəs belə məsələlərdə diqqətli olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR