“Azərbaycanfilm” kinostudiyası yaxın günlərdə iki filmi təhvil verəcək

“Azərbaycanfilm” kinostudiyası yaxın günlərdə iki filmi təhvil verəcək
# 02 aprel 2013 08:04 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yaxın günlərdə bir neçə ekran əsərini təhvil verəcək.

APA-nın məlumatına görə, xalq artisti Eldar Quliyevin tarixi detektiv janrında olan “Dərvişin ölümü” filmi geniş ictimaiyyətə təqdim olunacaq.

Ardınca “Qisas almadan ölmə” tammetrajlı bədii film təhvil veriləcək. Xalq artisti Oqtay Mirqasımovun ssenari müəllifi və rejissoru olduğu bu filmdə əsas rollarda xalq artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Ayan Mirqasımova, Füzuli Hüseynov və başqaları çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR