Yaponiyada 5,0 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,0 bal gücündə zəlzələ baş verib
# 10 mart 2013 00:41 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında 5.0 bal gücündə zəlzələ olub. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, ABŞ Meteoroloji Xidmətinin yaydığı məlumata əsasən, yeraltı təkanların episentri Kusiro şəhərindən 40 km şimal şərqdə, Sibetsu şəhərindən 57 km cənub qərbdə, 88,7 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR