G 20 sammiti ilə bağlı etiraz aksiyası keçirilib

G 20 sammiti ilə bağlı etiraz aksiyası keçirilib
# 15 noyabr 2015 13:46 (UTC +04:00)

Bakı-APA. Antalyada G 20 sammiti rəsmən başladığı vaxtda bir qrup etiraz aksiyası keçirib.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar Şərqi Türküstan Mədəniyyət Dərnəyinin üzvləri olub. Onlar Çin əleyhinə şüarlar səsləndiriblər.

Toplaşanlar Çində insan haqları ilə bağlı problemlərin olduğunu qeyd edib, bu ölkənin G 20 sammitində təmsilçiliyinin əleyhinə olublar.

Türkiyə prezidentinə də səslənən qrup üzvləri sammitdə uyğur türkləri ilə bağlı problem qaldırmasını istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR