Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
# 18 mart 2013 14:59 (UTC +04:00)

Bakı – APA. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Alper Coşkun Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirlikdən APA-ya göndərilən təbrikdə deyilir: “Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımla təbrik edirəm. Novruzu bu il Azərbaycanda qeyd etməkdən böyük məmnunluq duyuram. Baharın gəlişinin və təbiətin canlanmasının xəbərçisi olan Novruzun azərbaycanlı bacı və qardaşlarıma, eləcə də türk dünyasına barış, firavanlıq, xoşbəxtlik, bərəkət gətirməsini diləyir, bu gözəl bayram münasibətilə hamıya can sağlığı və müvəffəqiyyətlər arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR