ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş mayda bölgəyə səfər edəcək

ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş mayda bölgəyə səfər edəcək
# 26 fevral 2013 12:31 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

B. Muradova qeyd edib ki, ATƏT PA-nın qış sessiyası çərçivəsində J. Suareş ilə görüşüb və indiyə qədər bu səfərin dəfələrlə gündəmə gəlib təxirə düşməsi ətrafında müzakirələr aparılıb: “Onun son qərarı bu oldu ki, artıq bu ilin may ayının əvvəlində səfər qəti olaraq reallaşacaq və ardıcıl olaraq Azərbaycanda, Ermənistanda və Gürcüstanda olacaq”. J. Suareş səfəri çərçivəsində Bakıda Azərbaycan Prezidenti, xarici işlər naziri, Milli Məclisin sədri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirəcək.

Qeyd edək ki, J. Suareş 2011-ci il iyulun 10-da ATƏT PA-nın Belqradda keçirilən sessiyasında qurumun Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi təyin olunub. O, bu posta hələlik regiona səfər etməyib. J. Suareş ATƏT PA-nın prezidenti də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR