AMEA prezidenti: “Doktorantların təqaüdləri, gənc alimlərin əməkhaqları artırılmalıdır”

AMEA prezidenti: “Doktorantların təqaüdləri, gənc alimlərin əməkhaqları artırılmalıdır”
# 06 fevral 2013 13:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, bu axını daha da artırmaq üçün həvəsləndirici amillər olmalıdır: “İlk növbədə doktorantların təqaüdləri, gənc alimlərin əməkhaqları artırılmalıdır. Sosial təminatla bağlı perspektivlər olarsa, gənclərin elmə gəlişi də artacaq”.

AMEA prezidenti təəssüflə qeyd edib ki, hazırda gənclər tərəfindən humanitar elmlərə axın daha çoxdur: “Gənclər iqtisadiyyat, beynəlxalq əlaqələr, hüquqşünaslıq kimi ixtisaslara daha çox maraq göstərirlər. Amma dəqiq elmlərə maraq azalıb. İstərdik bu elmlərə axın çox olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR