Azərbaycan və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib

Azərbaycan və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib
# 09 oktyabr 2014 15:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Azərbaycanda səfərdə olan Qazaxıstan xarici işlər nazirinin birinci müavini, “EXPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərginin komissarı Rapil Joşıbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub. Mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilib.

Azərbaycan tərəfi “EXPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərgisinin Qazaxıstan paytaxtı Astana şəhərində keçirilməsi ilə əlaqədar qarşı tərəfə uğurlar arzulayıb.

R. Joşibayev səmimi qəbula görə təşəkkürünü bildirərək Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini deyib. Qazaxıstan tərəfi beynəlxalq sərgiyə hazırlıq mərhələsi barədə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR