Türkiyə Əfqanıstandan yüklərin tranzitinə başlayır

Türkiyə Əfqanıstandan yüklərin tranzitinə başlayır
# 16 mart 2013 00:42 (UTC +04:00)

Bakı-APA. Türkiyə Almaniya ilə müqavilə imzalayaraq Əfqanıstandan hərbi yüklərin tranzitinə qoşulur. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniya müdafiə nazirliyi xəbər yayıb.

Müqaviləyə əsasən, alman ordusunun yüklərinin böyük bir hissəsi hava yolu ilə Trabzon limanına gətiriləcək və oradan gəmilərlə Almaniyaya yola salınacaq. Türk tərəfinin istəyinə uyğun olaraq müqavilənin detalları gizli saxlanılır. Almaniya müdafiə nazirliyi artıq aprelin ortalarından Əfqanıstandan gətirilən yüklərin Trabzon limanı ilə daşınmasına başlanacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR