Bakı Zooparkına Azərbaycan üçün nadir quş gətirilib - FOTO

Bakı Zooparkına Azərbaycan üçün nadir quş gətirilib - <span style="color: red;">FOTO
# 09 dekabr 2014 11:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Zooparkına Azərbaycan üçün nadir quş gətirilib.

Bakı Zooparkının direktoru Azər Hüseynov APA-ya açıqlamasında deyib ki, bir neçə gün öncə vətəndaş şəhərdə iri Ağ Vağ quşunu görüb və onu Bakı Zooparkına gətirib. Onun sözlərinə görə, bu vaxta kimi zooparkda bu quş növü olmayıb və bu, yenilikdir. A.Hüseynov qeyd edib ki, həmin quş gətirilərkən qanadı qırılmış halda olub.

A.Hüseynov iri Ağ Vağın mülayim isti və tropik enliklərdə - Avropa, Asiya, Şimal və Cənub Amerika, Afrika, Avstraliya və yeni Zellandiyada yayıldığını xatırladıb. Onun sözlərinə görə, bu quşlar müxtəlif su anbarları boyunca yaşayır. Onun Azərbaycana haradan və necə gəlməsi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR