Gəncə və Tərtərdə partlamamış hərbi sursat tapılıb

Gəncə və Tərtərdə partlamamış hərbi sursat tapılıb
# 04 iyul 2016 16:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Ağdam, Tərtər rayonlarında və Gəncə şəhərində 1 metal anbarı, 1 ferma, 3 əkin sahəsi, 8 partlayış yerinə baxış keçirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, baxış zamanı Gəncə və Tərtərdə 6 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd 152 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd OQ-9 raketinin gilizi və 2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilərək götürülüb. Gün ərzində 17 700 kv.m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 4 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 572 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR