Bakı-Quba yolunda "Mercedes" markalı avtomobil piyadanı vurub öldürüb - VİDEO

Bakı-Quba yolunda "Mercedes" markalı avtomobil piyadanı vurub öldürüb  - <span style="color: red;">VİDEO
# 06 mart 2015 02:56 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza zamanı şəxsiyyəti məlum olmayan təxminən 50-55 yaşlı kişi "Mercedes" markalı maşınla vurulub. Qəza nəticəsində piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Meyitə və hadisə yerinə baxış keçirilib. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqləri qəza nəticəsində ölən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində araşdırma aparırlar.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR