Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda 10 növ silah-sursat tapılıb

Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda 10 növ silah-sursat tapılıb
# 03 sentyabr 2015 09:53 (UTC +04:00)

Bakı - APA-Economics. Bakıda Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub.

"Təmiz Şəhər" ASC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, iş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya "Təmiz Şəhər" ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.

Avqust ayında müxtəlif günlərdə aşkarlanan və polisə verilmiş silahlar və silah hissələri aşağıdakılardır:

1) 2 ədəd F1 əl qumbarasının korpusu;

2) 2 ədəd F1 əl qumbarasının alışqanı;

3) 1 ədəd pnevmatik tapança;

4) 1 ədəd “Valtro” tapançası;

5) 2 ədəd avtomat darağı;

6) 1 ədəd patrondaş sepi;

7) 162 ədəd 7.62 mm çaplı patron;

8) 13 ədəd 5.45 mm çaplı patron;

9) 1 ədəd 14.5 mm çaplı patron;

10) 10 ədəd tapança patronu.

Bakı şəhərindən toplanmış tullantılar gün ərzində “Təmiz Şəhər” ASC-in çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur. Bu zaman qurumun əməkdaşları həmin əşyaları aidiyyatı üzrə təhvil verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR