İran Rusiyanın Suriyadakı addımlarını dəstəkləyib

İran Rusiyanın Suriyadakı addımlarını dəstəkləyib
# 01 oktyabr 2015 14:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İran Rusiyanın Suriyada terrorçulara hava zərbələri endirmək barədə qərarını dəstəkləyib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxam deyib. O bildirib ki, regionda və bütün dünyada sülhə təhdid olan terrorizmə qarşı əsl və hərtərəfli mübarizə vacib ehtiyacdır: “Bu hədəfin reallaşması iradə və qətiyyət, o cümlədən İraq və Suriya hökumətləri ilə birlikdə dünya ölkələrinin birgə fəaliyyət göstərməsini tələb edir. O ki qaldı Suriya hökumətinin hərbi kömək barədə Rusiyaya müraciət etməsinə, İran Rusiyanın Suriyadakı silahlı terror qruplaşmalarına qarşı hərbi əməliyyatına terrorizmlə mübarizəyə töhfə kimi baxır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR