Yaponiya Azərbaycanla kosmik texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyətindədir

Yaponiya Azərbaycanla kosmik texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyətindədir
# 20 fevral 2013 09:51 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin nümayəndə heyəti fevralın 25-dən martın 2-dək Azərbaycanda səfərdə olacaq.

APA-Economics”in xəbərinə görə, səfər çərçivəsində kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Heyətə “Mitsubishi Electric Corporation”, “NEC Corporation”, “IHI Corporation”, “Mitsubishi Heavy Industries”, “Ltd Pasco Corporation”, “Sumitomo Corporation” kimi Yaponiyanın tanınmış şirkətlərinin nümayəndələri də daxildir.

Yaponiya nümayəndə heyəti Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı və Təhsil nazirliklərində, “Azərkosmos” ASC-də görüşlər keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR