Ermənistanın baş naziri vəzifəsinə yenidən Tiqran Sarkisyan təyin ediləcək

Ermənistanın baş naziri vəzifəsinə yenidən Tiqran Sarkisyan təyin ediləcək
# 18 aprel 2013 20:21 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarqsyan rəhbəri olduğu Respublika partiyasının iclasında ölkənin baş naziri vəzifəsinə yenidən Tiqran Sarkisyanın namizədliyini irəli sürüb. APA-nın məlumatına görə, ölkə konstitusiyasına əsasən, ikinci müddətə prezident seçilmiş Serj Sarqsyanın inauqurasiya günü, yəni aprelin 9-da, hökumət istefaya gedib.

Qeyd edək ki, hakim Respublika partiyasının üzvü olan Tiqran Sarkisyan 2009-cu ilin aprel ayından Ermənistanın baş naziri vəzifəsindədir.

Ermənistan prezidenti Serj Sarqsyan Respublika partiyasının iclasında həmçinin qeyd edib ki, müdafiə və xarici işlər nazirləri də öz vəzifələrini icra etməyə davam edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR