Azərbaycan prezidenti Maldiv Respublikasının prezidentini təbrik edib

Azərbaycan prezidenti Maldiv Respublikasının prezidentini təbrik edib
# 25 iyul 2014 15:31 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyumu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Maldiv münasibətləri daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR