Əhməd Əhmədzadənin baş həkim olan qardaşı iş yerində dünyasını dəyişib

Əhməd Əhmədzadənin baş həkim olan qardaşı iş yerində dünyasını dəyişib
# 12 aprel 2013 08:49 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə dünən baş verib. Xəstəxananın baş həkimi Fərman Əhmədzadə iclasdan çıxarkən vəziyyəti qəfildən pisləşib və ürək tutmasından dünyasını dəyişib.

Xəstəxanadan APA-ya bildirilib ki, F. Əhmədzadənin ürəyində əvvəllər də problemlər olub. O, bir neçə il əvvəl ürəyindən əməliyyat olunubmuş.

Qeyd edək ki, F. Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Ə. Əhmədzadənin digər qardaşı Mübariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR