İndoneziya Nümayəndələr Palatasının sədri ADU-da olub

İndoneziya Nümayəndələr Palatasının sədri ADU-da olub
# 17 aprel 2013 10:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan Dillər Universitetində İndoneziya parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın xəbərinə görə, ADU-nun rektoru Səməd Seyidov İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə görə M. Aliyə təşəkkür edib.

M. Ali isə Azərbaycanın münaqişədə haqlı tərəf olduğunu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib: “Azərbaycanın torpaqları geri qaytarılmalıdır və problem beynəlxalq normalara uyğun həll edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR