Bank Of Baku

Şəmkirdə taxıl sahəsində yanğın olub - YENİLƏNİB

Şəmkirdə taxıl sahəsində yanğın olub - <span style="color: red;">YENİLƏNİB
# 27 iyun 2018 16:55 (UTC +04:00)

Şəmkir rayonunun Mahmudlu kəndində 2 ha biçilməmiş taxıl sahəsi və ağaclar yanıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

***

 

17:32

 

 

Şəmkirdə biçilməmiş taxıl sahəsi yanıb.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində baş verib. Kənd sakini Raməddin Məmmədova məxsus 4 hektar taxıl sahəsinin 70 faizi yanaraq kül olub. Əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin avtomobili və canlı qüvvəsi cəlb edilib. Alovun yayılmasının qarşısı tez bir zamanda alınıb.

 

Yanğınsöndürənlər daha sonra rayonun Aşağı Seyfəli kəndində 10 hektara yaxın ərazidə kol-kos olan sahədə başlayan yanğını söndürməyə gediblər. Hazırda orada alovun söndürülməsi istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR