XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış konserti keçirilib.
APA-nın Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı möhtəşəm bağlanış konserti ilə yekunlaşıb.
Təntənəli bağlanış mərasimi Azərbaycanın və dünya musiqisinin seçilmiş nümunələrini bir araya gətirərək tamaşaçılara unudulmaz sənət axşamı yaşadıb. Musiqisevərlərin böyük maraq göstərdiyi konsert festivalın zəngin proqramına layiqli yekun olub.
Konsertə Əməkdar artist Fuad İbrahimov dirijorluq edib. Axşamda Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), Lalə Mürşüdlü (soprano), Zərifə Alxasova (skripka) və Nəcəf Vəliyev (truba) solist qismində çıxış edərək yüksək peşəkarlıqları və parlaq ifaları ilə tamaşaçıların alqışlarını qazanıblar.
Bağlanış konsertinin proqramı Azərbaycan klassik musiqisi ilə dünya bəstəkarlıq məktəbinin görkəmli nümunələrinin vəhdəti üzərində qurulub. Axşam Ceyhun Allahverdiyevin "Qələbə uvertürası" ilə başlayıb. Daha sonra Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, Asəf Zeynallının Cəfər Cabbarlının sözlərinə yazdığı "Ölkəm" romansı, Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyası səsləndirilib.
Konsertdə, həmçinin, dünya opera irsinin məşhur nümunələri də təqdim olunub. Şarl Qunonun "Romeo və Cülyetta" operasından Cülyettanın valsı, Pablo Sarasatenin "Qaraçı nəğmələri", Cakomo Puççinin "Bohema" operasından Müzettanın valsı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Proqramda Azərbaycan professional musiqisinin görkəmli nümayəndələrinin əsərləri xüsusi yer tutub. Niyazinin "Vals" və Səməd Rüstəmin sözlərinə bəstələdiyi "Vətən nəğməsi", Rauf Hacıyevin "Bakı", Səidə Əliyevanın Fikrət Qocanın sözlərinə yazdığı "Ana", Məmməd Mirzəyevin "Poema-noktürn" əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazılmış "Sevgili canan", Emin Sabitoğlunun Əhməd Cavadın sözlərinə bəstələdiyi "Şükriyyə" və Fikrət Əmirovun parlaq orkestr əsəri olan "Azərbaycan kapriççiosu" ilə möhtəşəm şəkildə başa çatıb.
Festivalın bağlanış gecəsində ölkənin mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, musiqi ictimaiyyətinin nümayəndələri və çoxsaylı tamaşaçılar iştirak ediblər. Konsert boyu səslənən klassik və milli musiqi nümunələri Qəbələ Beynəlxalq Musiqi Festivalının illərdir qoruyub saxladığı yüksək bədii-estetik ənənələrin növbəti dəfə uğurla davam etdirildiyini nümayiş etdirib.
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il də müxtəlif ölkələrdən musiqiçiləri, dirijorları və ifaçıları bir araya gətirərək mədəniyyətlərarası dialoqun, klassik musiqinin təbliğinin və Azərbaycan musiqi sənətinin beynəlxalq müstəvidə tanıdılmasının vacib platformalarından biri olduğunu bir daha təsdiqləyib. Təntənəli bağlanış konserti isə festivalın ən yaddaqalan tədbirlərindən biri olub.
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış konserti keçirilib - FOTO
İncəsənət
Əməkdar artist Sevda Saleh Məmmədzadə vəfat edib
“Aşk-ı Memnu”nun aktrisası vəfat edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
Xəbər Lenti
Gəncədə iki nəfəri bıçaqlayan şəxs tutulub
Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Zakir Həsənov Pakistana başsağlığı verib
"Bir" Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib
Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb
Zəngilanın Cahangirbəyli kəndində 242 fərdi ev tikilir - FOTO
Pensiyalar sabah tam ödəniləcək
Sabah yağış yağacaq, duman olacaq
Gürcü spiker: Avropa vəsaitləri Gürcüstanda faşizm ideologiyasının təbliğinə sərf olunur
Qubadlıda ilk yaşayış məhəlləsinin tikintisi davam etdirilir - FOTO
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başlayıb
“PAŞA Sığorta” və “Premium Residence” arasında memorandum imzalanıb
Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək
Papuaşvili: Gürcüstan üçün Abxaziya və Tsxinvalisiz Aİ-yə üzvlüyün heç bir dəyəri yoxdur
Azərbaycan nümayəndə heyəti AEBA-nın sessiyasında iştirak edib
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
Azərbaycanda başqa bankların birləşməsi gözlənilir? - Mərkəzi Bankdan açıqlama
“X” platformasına məxfilik pozuntuları ilə bağlı Azərbaycan dilində də müraciət etmək mümkündür
AMB “Bank Respublika”-“AccessBank” sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
Bakıda evdən 10 min manatlıq oğurluq edilib
Fərhad Məmmədov: Erməni kilsəsinin bəyanatları ölkədə revanşist qüvvələrin mövcudluğunu göstərir
Səyyad Aran: Deputatların səlahiyyəti artırılmalıdır
Bakıda restoranda meyit aşkarlanıb
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Cənubi Koreyanın üç hərbçisi sərhəd yaxınlığındakı partlayışda yaralanıb
Yanvar-avqust aylarında DSMF 1 milyard 503 milyon manat müavinət və təqaüd ödəyib
“Anglo Asian Mining” Azərbaycanda qızıl hasilatı proqnozunu endirib
Lerikdə 15 kq narkotik aşkarlanıb
Deputat: İcbari tibbi sığorta ilə bağlı regionlarda bir sıra problemlərlə qarşılaşırıq
Deputat: Yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir
Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib - BİRGƏ MƏLUMAT
Fərid Şəfiyev: Tarixçilər Qafqaz Albaniyası tarixinin erməniləşdirilməsi cəhdlərinə əsaslandırılmış cavab verməlidir
Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub - VİDEO
Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək
Yasamalda dələduzluq edən 70 yaşlı qadın saxlanılıb
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
FHN qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62 nəfər xilas edilib
Bu günün valyuta məzənnələri
SEPAH Hörmüz boğazında MQ-1 tipli PUA-nı vurduğunu açıqlayıb
Ölkədən tranzit yolla keçən yükdə xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub