Bakıda zavodda yanğın baş verib

Bakıda zavodda yanğın baş verib
# 21 fevral 2013 15:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda zavodda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda “Balaxanı Maşınqayırma” zavodunun ərazisində ümumi sahəsi 500 kvadratmetr olan tornaçı sexində şüşə-pambıqdan ibarət divar üzlüyü 10 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR