Azərbaycan prezidenti və xanımı Bakıdakı Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

Azərbaycan prezidenti və xanımı Bakıdakı Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - <span style="color: red;">FOTO
# 22 oktyabr 2014 18:37 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

APA-nın president.az saytına istinadən verdiyi xəbərə görə, idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda kompleksin baş planına əsasən, ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.

Prezident və xanımı kompleksin stend və güllə atıcılığı sahələri ilə tanış olublar.

Qeyd edək ki, kompleksdə biri həm Olimpiya Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturacaqları və 500 tamaşaçı yerlik tribuna inşa olunur. Eyni zamanda bütün təchizatları olan dördmərtəbəli mehmanxana, 500 yerlik avtomobil dayanacağı da tikiləcək.

Güllə atıcılığı sahəsi isə 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulub. Buraya 10 metr məsafəyə atıcılıq üzrə qapalı tir də daxildir. Tirdə 80 nəfər idmançı eyni zamanda yarışacaq, 483 tamaşaçı isə yarışların gedişini izləyə biləcək. Əlli nəfər idmançının yarışacağı 25 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri isə 390 tamaşaçı yerlikdir. Burada, həmçinin 50 metrlik məsafəyə 80 idmançının yarışacağı yarımqapalı atıcılıq tiri də quraşdırılır. Bundan əlavə, ərazidə 300 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri də tikilir. Qırx idmançının eyni vaxtda yarışacağı bu tirdə 414 tamaşaçı yeri olacaq. Həm Olimpiya oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə qapalı tirlər isə eyni vaxtda 15 idmançının yarışmasına hesablanıb və 500 tamaşaçı yerlikdir.

Güllə atıcılığı binasının tir zallarının hər birində idmançılar, həkimlər, məşqçilər üçün ayrıca otaqlar yaradılıb. Bundan əlavə, binada geniş foye, qeydiyyat mərkəzi, kafe, restoran, gözləmə və istirahət otaqları, konfrans zalları, baxış eyvanları, mətbuat mərkəzi, texniki otaqlar, tibb, dopinq-nəzarət otaqlarının yaradılması da nəzərdə tutulub.

Bu Stend Atıcılığı İdman Kompleksi Avropada ən böyük atıcılıq komplekslərdən biri olacaq.

Dövlət başçısı inşaat işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR