Azərbaycanda bu il keçirilən buraxılış imtahanlarının nəticələrində 1-2% irəliləyiş var

Azərbaycanda bu il keçirilən buraxılış imtahanlarının nəticələrində 1-2% irəliləyiş var
# 04 iyul 2014 11:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticələrində keçən illə müqayisədə 1-2% irəliləyiş var.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, ölkə üzrə buraxılış imtahanlarının nəticələrində təxminən 1-2% müsbətə doğru dəyişikliklər var.

Onun sözlərinə görə, bu göstəricilər müxtəlif rayonlara görə dəyişir: “Məsələn, hansısa regionda irəliləyiş müsbət 5%-dirsə, digər regionda nəticə aşağı düşüb. Buna görə də ümumi ölkə üzrə götürdükdə, görürük ki, nəticələrdə 1-2% irəliləyiş var. Amma ümumilikdə statistik nöqteyi-nəzərdən bu o deməkdir ki, nəticələr keçən ilki səviyyə ilə eynidir. Müsbət sıçrayış hələ ki müşahidə olunmur”.

M.Abbaszadə iyul ayında keçiriləcək qəbul imtahanları barədə də danışıb. O qeyd edib ki, iyulun 12-də və 20-də bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları keçiriləcək: “İmtahandan 2 gün sonra nəticələr araşdırılacaq. Əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının nəticələri isə mayda elan olunub və bu barədə ictimaiyyətə geniş məlumat verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR