Azərbaycanın Ukraynadakı səfiri ATƏT sədri ilə görüşüb - FOTO

Azərbaycanın Ukraynadakı səfiri ATƏT sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 09 fevral 2013 07:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu ölkənin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri və səfər çərçivəsində Azərbaycan və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasına hazırlıq məsələləri müzakirə olunub.

Əsas diqqəti enerji və tikinti sahəsində birgə layihələrin reallaşdırılması, habelə ikitərəfli əməkdaşlığın digər mühüm sahələrinə dair məsələlərə yönəldən tərəflər yaxın vaxtlarda iqtisadi əməkdaşlığa dair Azərbaycan-Ukrayna hökumətlərarası birgə komissiyasının 10-cu iclasının keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə regionla bağlı aktual problemlər, əsasən də Ukraynanın ATƏT-ə sədrliyi çərçivəsində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna XİN başçısı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Bakıya rəsmi səfər dəvətini də qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR