DGK-da narkoqaçaqmalçılıqla effektiv mübarizə aparmaq üçün Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi yaradılıb

DGK-da narkoqaçaqmalçılıqla effektiv mübarizə aparmaq üçün Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi yaradılıb
# 20 oktyabr 2014 10:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dövlət Gömrük Komitəsi artan narkotəhlükəyə qarşı mübarizə aparmaq məqsədilə öz potensialını gücləndirmək yolunda atdığı addımları açıqlayıb.

APA-nın məlumatına görə, bu tədbirlər barədə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin böyük inspektoru Azad Vəliyevin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası üçün hazırladığı “Narkotiklərlə mübarizədə Azərbaycan “Gömrük qalxanı”nın rolu” başlıqlı hesabat xarakterli məqaləsində ətraflı məlumat verilib.

Məqalədə qeyd edilib ki, beynəlxalq təcrübəni nəzərə almaqla, gömrük nəzarətinin daha səmərəli təşkil edilməsi üçün mobil qruplar və Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi yaradılıb. Bu qruplar yüklərin müəyyən olunmuş marşrut üzrə gömrük müşayiətlərinin həyata keçirilməsində və hüquqpozmalarla mübarizə üzrə digər tədbirlərdə aktiv istifadə olunur. Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi gömrük qanunvericiliyinə əməl olunmaması risklərinin ortaya çıxarılmasında, sərhəd gömrük buraxılış məntəqələrinin ərazilərinə, oradakı iş prosesinə video nəzarətin həyata keçirilməsində və hətta rentgen qurğularından keçirilən mallara nəzarət edilməsində mühüm alətdir. Burada üzərinə GPS qurğuları yerləşdirilmiş nəqliyyat vasitələrinin hərəkət marşrutuna, Xəzər dənizində yerləşən su nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi və digər məlumatların əldə edilməsi mümkündür.

Bununla yanaşı ölkənin gömrük orqanları iri ölçülü yüklərin yoxlanması üçün mobil və stasionar skaner qurğuları, əl yüklərinin və baqajların yoxlanması üçün “Rapiscan532H”, “Heimann” markalı rentgen aparatları və “Olympus” markalı videoskoplarla təchiz ediliblər: “Narkotiklərlə mübarizədə gömrük orqanları tərəfindən görülmüş işlər Azərbaycanın bu ümumbəşəri bəladan qurtulmaq yolunda atdığı mühüm addımların tərkib hissəsidir. Azərbaycan Respublikası gömrük orqanları bundan sonra da bu bəla ilə mübarizə üçün bütün resurslarını sərf edərək qətiyyətli mübarizə aparmağa hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR