Angela Merkel: "Almaniya-Avstriya sərhədinin bağlanması Avropada silahlı münaqişəyə səbəb ola bilər"

Angela Merkel: "Almaniya-Avstriya sərhədinin bağlanması Avropada silahlı münaqişəyə səbəb ola bilər"
# 03 noyabr 2015 16:47 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel deyib.

Kansler qeyd edib ki, Macarıstanın sərhəd məhdudiyyəti insanları Xorvatiya, Sloveniya və Rumıniya vasitəsilə digər ölkələrə yol tapmağa vadar edib: “Almaniya da Avstriya ilə sərhədi bağlasa, eyni vəziyyət yaranacaq. Bu isə Avropa İttifaqında heç kimə lazım deyil”.

Merkelin sözlərinə görə, Avropa İttifaqının ən böyük ölkəsi olan Almaniya Avropa həmrəyliyi prinsiplərinə cavab verəcək həll variantını tapmalıdır. Qaçqın axını ilə bağlı Balkan yarımadasının qərbində gərginliyin artdığını deyən kansler məsələ ilə bağlı Balkan konfransının çağırılacağını istisna etməyib: “Çünki orada yenidən müharibənin baş qaldırmasını istəmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR