Qurban Yetirmişli Şəkidə baş verən güclü zəlzələ ilə əlaqədar mətbuat konfransı keçirəcək

Qurban Yetirmişli Şəkidə baş verən güclü zəlzələ ilə əlaqədar mətbuat konfransı keçirəcək
# 04 sentyabr 2015 10:31 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 7-si saat 15:00-da AMEA RSXM-in baş direktoru, AMEA müxbir üzvü, geologiya- mineralogiya elmlər doktoru Qurban Yetirmişli AMEA RSXM-in Monitorinq Mərkəzində (Elmlər Akademiyası şəhərciyində) mətbuat konfransı keçirəcək.

Mətbuat konfransı 4 sentyabrda Şəkidə baş verən zəlzələ və zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə həsr olunacaq.

Qeyd edək ki, bu gün səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR