Quantanomoda aclıq edən məhbusların sayı 90-ı keçib

Quantanomoda aclıq edən məhbusların sayı 90-ı keçib
# 25 aprel 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Kubadakı ABŞ-a məxsus Quantanamo həbsxanasında aclıq aksiyası keçirən məhbusların sayı 92 nəfərə çatıb. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.

Daha əvvəl 84 məhbusun aclıq etdiyi bildirilirdi. Aksiya iştirakçılarından 5 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə həbsxanada 166 məhbus var.

Məhbuslar dustaqlıq müddətinin qeyri-müəyyənliyinin əleyhinə olaraq mart ayından aclıq aksiyası keçirməyə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR