Qazax sakininin avtomobilindən külli miqdarda narkotik vasitə götürülüb

Qazax sakininin avtomobilindən külli miqdarda narkotik vasitə götürülüb
# 11 mart 2015 10:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Qazax sakininin avtomobilində narkotik maddə aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Vəliyevdən 7,37 qram marixuana götürülüb.

Ona məxsus VAZ-2107 markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 8,1 kq marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR