Nigeriyalı islamçılar 7 əcnəbini edam edib

Nigeriyalı islamçılar 7 əcnəbini edam edib
# 10 mart 2013 05:39 (UTC +04:00)

Bakı-APA. Nigeriyada fəaliyyət göstərən islamçı qruplaşması fevralda girov götürülmüş 7 əcnəbinin edam olunduğu barədə bəyanatla çıxış edib. APA-nın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, tikinti şirkətinin əməkdaşları olan girov götürülmüş şəxslər arasında britaniyalı, italiyalı, yunan və 4 Livan vətəndaşı olub.

Bəyanatı qlobal şəbəkədə özünü “Qara Afrikada müsəlmanların müdafiə dəstələri” adlandıran radikal islamçı qruplaşması yerləşdirib. Bəzi məlumatlara görə, bu təşkilatın “Əl Qaidə” ilə əlaqəsi var. Bəyanatda bildirilir ki, girov götürülmüş şəxslər Britaniya və Nigeriya hökumətlərinin əsirləri azad etmək məqsədi ilə keçirdikləri əməliyyata görə edam olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR