Ukraynanın Odessa şəhərindəki xəstəxanada baş verən atışmada 1 nəfər ölüb

Ukraynanın Odessa şəhərindəki xəstəxanada baş verən atışmada 1 nəfər ölüb
# 08 aprel 2015 09:32 (UTC +04:00)

Bakı – APA. Aprelin 8-nə keçən gecə Ukraynanın Odessa şəhərindəki 1 saylı Klinik Xəstəxanada atışma baş verib.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, atışma zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Atəş açan şəxslər BMW markalı qara avtomobillə qaçıblar. Hadisə yerində araşdırma aparan milisin operativ-istintaq qrupu travmatik silaha aid 9 millimetrlik 8 ədəd güllə gilizi aşkarlayıb. Hadisəni törədənlərin yaxalanması üçün əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR