“REAL” hərəkatı namizədlərini açıqlayıb

“REAL” hərəkatı namizədlərini açıqlayıb
# 02 sentyabr 2015 09:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “REAL” (Respublikaçı Alternativ) hərəkatı 1 noyabr parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirib.

APA-nın məlumatına görə, hərəkatın icra katibi Natiq Cəfərli keçirdiyi mətbuat konfransında bildirib ki, "REAL" seçkilərində iştirak etmək haqqında qərar qəbul edib: “Məqsədimiz bu seçkilərdə bizə verilən fürsətdən istifadə edərək insanlarla təmas qurmaq və ölkədəki problemləri cəmiyyətin diqqətinə çatdırmaqdır. Buna görə də əsas hədəfimiz seçkidə iştirak etməkdir”.

N. Cəfərli qeyd edib ki, hərəkat seçkilərə 17 namizədlə qatılacaq. Onun sözlərinə görə, “REAL” üzvü olmayan 6 namizəd də hərəkat tərəfindən dəstəklənəcək. N. Cəfərli namizədlər siyahısına əlavələr olunacağını istisna etməyib.

Qeyd edək ki, namizədlər arasında hərəkatın liderləri Erkin Qədirli, Natiq Cəfərli, Azər Qasımlı, hüquqşünas Xalid Bağırov və digərlərinin adları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR