İran yeni nüvə nailiyyətlərini nümayiş etdirib

İran yeni nüvə nailiyyətlərini nümayiş etdirib
# 09 aprel 2013 09:48 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən məlumatına görə, İran 2007-ci il aprelin 9-da ölkənin mərkəzində yerləşən Nətənz şəhərindəki nüvə obyektində sentrifuqaların ikinci hissəsini istifadəyə verməklə və uranın zənginləşdirilməsi sənayesi mərhələsinə daxil olmaqla tarixində ən böyük nailiyyət əldə edib.

Bugünkü mərasim İran prezidenti Mahmud Əhmədinejad və ölkənin digər yüksək çinli rəsmilərinin iştirakı ilə İran Atom Enerjisi Təşkilatının binasında keçirilir. Tədbirdə yerli mütəxəssislərin yeni nailiyyətləri - ölkənin nüvə sənayesini xammalla təmin edəcək 1-ci və 2-ci “Sağənd” uran mədənləri, qətlə yetirilmiş nüvə alimi Daryuş Rzayinejadın adını daşıyan uran oksidi istehsalı ilə məşğul olacaq, tamamilə yerli mütəxəssislər, elm və imkanlar hesabına quraşdırılmış kompleks istifadəyə verilib. Eyni zamanda 5 yeni radioizotop və ilk sənaye katalizatorunun da təqdimatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR