İlham Mirzəyevin apellyasiya şikayəti təmin olunmayıb

 İlham Mirzəyevin apellyasiya şikayəti təmin olunmayıb
# 17 mart 2015 15:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Vəkil İkram Abdullayevin APA-ya verdiyi məlumata görə, prosesdə apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan İ. Mirzəyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər . Ali Məhkəmə isə onların şikayətini təmin etmədiyindən işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR