BDU-da “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı ümumrespublika seminarının ilk iclası keçirilib

BDU-da “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı ümumrespublika seminarının ilk iclası keçirilib
# 06 mart 2013 10:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakı Dövlət Universitetində “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı ümumrespublika seminarının ilk iclası keçirilib.

APA-nın xəbərinə görə, seminar Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub.

Seminarda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, mayın 10-da Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd olunacaq. Azərbaycanda artıq yubileyə hazırlıq işləri getdiyini deyən rektor vurğulayıb ki, universitet də bu tarixə öz töhfəsini verəcək: “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı ümumrespublika seminarı da bu tədbirlər silsiləsindədir. Ümumilikdə seminarların 2013-cü tədris ili ərzində ayda bir dəfə keçirilməsi nəzərdə tutulub. Azərbaycan xalqının demokratik cəmiyyətdə, dövlətdə yaşaması Heydər Əliyevin adı ilə bağlıdır. Son 20 il ərzində görülən işlər nəticəsində Azərbaycan aqrar ölkədən böyük sənaye, intellektual güc ölkəsinə çevirib”.

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova “Heydər Əliyev irsi və Azərbaycanda fəlsəfə və sosial elmlərin vəzifələri, problem və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, bu gün Azərbaycan bütün sahələrdə olduğu kimi, elm sahəsində də yüksək inkişaf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR