Azərbaycan ötən il xarici ölkələrə 1,130 mlrd. dollar sərmayə yatırıb

Azərbaycan ötən il xarici ölkələrə 1,130 mlrd. dollar sərmayə yatırıb
# 22 fevral 2013 08:36 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların həcmi əvvəlki ilə nisbətən kəskin artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artıq 10 ildən artıq Azərbaycan başqa dövlətlərin iqtisadiyyatına sərmayə yönəltməklə investisiyalarını ixrac edən ölkələr arasında öz mövqelərini ilbəil möhkəmləndirir. Belə ki, 2012-ci ildə investisiyaların ixracı 1 128,8 mln. ABŞ dolları təşkil edərək əvvəlki ilin səviyyəsindən 2 dəfə çox olub.

Qeyd edək ki, 2004-2012-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 60,7 mlrd. dollar həcmində xarici sərmayə yatırılıb. Ötən il ərzində isə bu rəqəm 10,3 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR