Bakı. Pərviz Nuriyev - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,29% - 17 777 bəndədək, NASDAQ 1,34% - 4 727 bəndədək, S&P 500 indeksi isə 0,68% - 2 053 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,99% - 6 656,37 bəndədək, Fransa CAC-40-ı 0,29% - 4 377,33 bəndədək, Almaniya DAX-ı isə 0,17% - 9 963,51 bəndədək ucuzlaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,50% - 17 678 bəndədək, Shanghai isə 1,76% - 2 727,43 bəndədək, Hang Seng 0,75% - 23 542,55 bəndədək artıb.
COMEX-də qızılın bir unsiyası 1 205,20 dollar, gümüşün isə 16,37 dollar olub.